image-media-1-q4igh5josm0rl3wy6xk1-595x326backend

Millət vəkili seçiciləri ilə görüşdü – Fotolar

image-reklam_sirab_01

115 saylı Şəki seçki dairəsinin deputatı Cavanşir Feyziyev növbəti dəfə seçicilərlə görüşüb. Görüş qədim Kiş kəndində baş tutub. Kəndin ziyalıları, şəhid və qazı ailələri görüşdə iştirak ediblər. Şəhid ailələri onlara göstərilən qayğıdan razılıqlarını bildirib və bir neçə sosial-məişət xarakterli problemlərindən danışıblar. Millət vəkili şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələləri qeydiyyata alaraq onlara qısa bir müddətdə lazımi köməkliklər göstəriləcəyini bildirib.

Mehribançılıq şəraitində keçən səmimi görüşdə 2 şəhid ailəsi yaxın həftələrdə övladlarına toy edəcəklərini bildirib və deputatı da həmin toy şənliklərinə dəvət ediblər. Dəvəti məmnuniyyətlə qəbul edən deputat hər iki toyun xərclərinin onun tərəfindən ödəniləcəyini bildirib.

Görüşdə iştirak edən məktəb direktorları tərəfindən bildirilib ki, Kİş kəndində 4 məktəb fəaliyyət göstərir və onlardan ikisi qəzalı vəziyyətdədir. Deputatın diqqətinə çatdırılıb ki, ibtidai məktəbdə ingilis dili xarici dil kimi tədris olunduğu halda orta məktəblərdə xarici dil olaraq şagirdlər üçün yalnız fransız dili seçimi var. Millət vəkili bu uyğunsuzluq barədə Şəki regional təhsil idarəsi ilə məsləhətləşmələr aparacağını və nəticəsi barədə onlara məlumat veriləcəyini bildirib. Çıxışlarda həmçinin vurğulanıb ki, pandemiyadan əvvəlki dövrdə 5 il ərzində deputat Cavanşir Feyziyevin təşəbbüsü ilə Kiş kəndinin və Şəkinin orta məktəblərində, eləcə də ADPU-nin Şəki filialında fransız dilinin tədrisi üçün Fransadan müəllimlər cəlb olunurdu. Pandemiya dövründə insanların hərəkəti məhdudlaşdırıldığından bu layihə dayandırılıb. Müəllimlər bu layihənin faydalı olduğunu bildirib və onun davam etdirilməsini arzulayıblar. Deputat Fransadakı həmkarları ilə müzakirələr apararaq bu layihənin davam etdirilməsi üçün səy göstərəcəyini vəd edib.

Görüşdə iştirak edən ziyalılar Kiş kəndində yaşayan tanınmış şair və alim Vaqif Aslanın kitablarının nəşr olunması üçün deputat tərəfindən göstərilən mütəmadi dəstəyə görə minnətdarlığını bildirib və şair Vaqif Aslanın növbəti kitabının da nəşr olunması üçün lazımi dəstək verilməsini xahiş ediblər. Millət vəkili şair Vaqif Aslanın yaradıcılığını yüksək qiymətləndirdiyini, onun müəllifi olduğu bütün kitabları oxuduğunu və şairin yaradıcılıq təşəbbüslərinə daim dəstək verəcəyini bildirib. Deputat növbəti dəfə Vaqif Aslanın son pyeslərindən birinin tamaşaya qoyulması təşəbbüsü ilə çıxış edib və bu barədə lazımi addımlar atacağını bildirib. Görüşdə iştirak edən Vaqif Aslan onun yaradıcılığına verilən yüksək qiymətə görə həm Kiş ziyalılarına və həm də millət vəkilinə minnətdarlığını bildirib.

Görüş seçicilərin millət vəkili ilə birgə xatirə fotosunun çəkilməsi ilə başa çatıb

image-1 image-2 image-3 image-4 image-5


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki