image-b0b2b627-c32b-4633-b433-646d6b01eeffbackend

Millət vəkili Türkiyənin ölkəmizə təyin olunmuş yeni səfiri ilə görüşdü

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ramil Həsən bu gün qardaş Türkiyə Respublikasının Azərbaycana yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri cənab Cahit Bağçını ziyarət etmişdir.

VETENİNFO.AZ xəbər verir ki, səfirlə görüşün məqsədi ikinci Qarabağ Savaşından sonra həmtəsisçisi olduğu, Şəhid və qazi ailələrimiz üçün qardaş Türkiyə tərəfindən həyata keçirilən çoxtərəfli yardımların ünvana və lazım olan qurumlara çatdırılmasını həyata keçirən “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platformasının fəaliyyəti ilə bağlı məlumat vermək, eyni zamanda, bundan sonra əməkdaşlıq çərçivəsində Türkiyə Cümhuriyyətinin və Səfirliyin hərtərəfli dəstəyi ilə bağlı fikir mübadiləsi aparmaqdır. Görüşdə həm də Qazi və Şəhid ailələrimiz, o cümlədən onların övladlarının qardaş ölkədə Türkiyənin vermiş olduğu dəstəklə təhsil almalarının təmin edilməsi, “YAŞAT” Fondu ilə müəyyən olunmuş istiqamətlərdə ikili əməkdaşlıq və gələcəkdə atılacaq addımlar müzakirə edilib.
Məlumata görə, çox səmərəli və faydalı görüş üçün millət vəkili  Türkiyə Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri,  Hörmətli Cahit Bağçı öz təşəkkürlərini ifadə etmiş, bundan sonra da gələcək fəaliyyətdə Azərbaycan və Türkiyə dostluğuna xidmət edən,  Şəhid və qazi ailələrimizə təhsil və digər istiqamətdə hərtərəfli yardım həyata keçirən layihələrlə başladılan bu prosesə yaxından dəstək olacaqlarını vurğlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki