image-arzuman-muradl__backend

“Milli İnkişaf” İctimai Birliyi yaradıldı

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki,  bu günlərdə yeni bir ictimai birlik təsis olunub. Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının  üzdə olan simalarından professor Arzuman Muradlının təşəbbüsü ilə elm xadimləri,ziyalılar və media təmsilçilərinin tə iştirakı ilə  “Milli İnkişad” İctimai Birliyi (MİİB) təsis olunub.

33 nəfər iştirakçının iştirak etdiyi növbəti iclasında 11 nəfərdən ibarət İdarə Heyyədi seçilib. İclasda eyni zamanda  bütün iştirakçıların  yekdil səsi ilə Arzuman Muradlı “MİİB-nin sədri seçilib.

Arzuman Muradlı bildirib ki, 4 sentyabr 2022-ci ildə təsis olunan MİİB-nin əsas məqsədi ölkəmizdə həyata keçirilən çoxşaxəli iqtisadi və sosial layihələrin həyata keçirilməsi istiqamətində yaxından iştirak etməkdir.

Omnun sözlərinə görə. MİİB-yi hər  hansı bir siyasi məqsədlər üçün təsis olunmayıb. Arzuman Muradlının sözlərinə görə, 44 günlük ikinci Qarabağ Vətən müharibəsindən sonra, işğaldan azad edilən Azərbaycan torpaqlarının inkişafı,azad olunan ərazilərimizdə yenidən canlanmanın yaradılması üçün,müxtəlif sosial-iqtisadi layihələrə ehtiyac vardır: “Biz ilkin olaraq “Minlli İnkişaf” İB-yi olaraq bir yeni,Azərbaycan var olduqca daima ölkəmizin inkişaf strategiyasına  söykənən “Heydərabad” layihəsin ictimai müzakirəyə təqdim etdik. İnşallah bu layihənin həyata keçirilməsi üçün,müvafiq təkliflərimnizi Azərbaycan dövlətinə təqdim edəcəyik”.

Arzuman Muradlı vurğulayıb ki, MİİB-nin üzvüləri təkcə Azərbaycanda yaşayan vətəndaşlarımız deyil,eyni zamanda ölkəmizdən kənarda yaşayan hər bir soydaşımız üzv ola bilər.

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki