image-305652057_479654754044456_360590257233274191_n-800x445backend

Milli jurnalistikamızın “Əvəz Zeynallı” sindromu

image-reklam_sirab_01

Bu gün – 8 sentyabr jurnalistlərin beynəlxalq həmrəyliyi günüdür.

İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə dünyanın bütün bölgələrində kütləvi informasiya vasitələrinin əməkdaşlığı və burada çalışan jurnalistlərin həmrəyliyi də güclənməkdədir. Lakin bütün yeniliklərin faydası ilə bərabər yan fəsadlarının da olduğu kimi beynəlxalq jurnalistika da “psevdo-jurnalistika” kimi yan etkiyə malikdir. Heç kimə sir deyil ki, bəzi qlobal təşkilatlarla yanaşı qlobal auditoriyaya işləyən bir sıra KİV-lər də ayrı-ayrı hallarda müxtəlif dövlətlərin, qurumların və şəxslərin təhdid və şantaj olunmasında alət kimi istifadə olunur.

Uzun müddət düşmənlərimiz tərəfindən ölkəmizə qarşı aparılan hibrid kampaniyalarda da məhz belə KİV-lər aparıcı rol oynayıb. Bu problemin bir tərəfidir. Məsələnin daha pis tərəfi isə odur ki, bu qərəzli və iyrənc təcrübə milli jurnalistikamıza da yol tapıb və peşəkar jurnalistikanın nüfuzuna xələl gətirməkdə davam edir. Tənqid adı altında təhdid və şantajla məşğul olanlar uzun müddətdir ki, milli jurnalistikamızı çirkləndirməkdə davam edirlər. Azərbaycan dövlətinin söz azadlığına, fikir müxtəlifliyinə sadiqliyi onlar tərəfindən yanlış anlaşılır və bu gün media sahəsində hökm sürən liberallıqdan sui-istifadə edirlər. Belə psevdo-jurnalistlər adətən maddi imkanı qənaətbəxş olan və hər hansı məmur vəzifəsində, parlamentdə və ya özəl biznes sahəsində çalışan vicdanlı insanları şantaj etməklə heyrətamiz bir bayağılıqla onlardan pul qoparmaq və özlərinə haqq etmədikləri sərvət qazanmağa çalışırlar. Onlar öz abırsızlıqları ilə peşəkar jurnalistikanı dalana dirəyib özlərini “əsl jurnalistlər”, etik davranış qaydalarına əməl edərək öz peşəsini ləyaqətlə, sevə-sevə yerinə yetirən digərlərini isə “cib mətbuatı” adlandırmaqdan da çəkinmirlər.

Elə bu gün KİV-lərdə və social şəbəkələrdə qızğın müzakirə mövzusuna çevrilmiş Əvəz Zeynallı sindromu milli jurnalistikamızın mövcud durumunu aydın göstərir. Verilən məlumatlardan aydın olur ki, Əvəz Zeynallı hazırda həbsdə olan iş adamı Rasim Məmmədovun yaxınlarından onu müdafiə etmək üçün öz psevdo-TV-də təbliğat aparacağına söz verməklə 20 min manat rüşvət alıb. Özünü şəstlə “tənqidçi media” adlandıran Əvəz Zeynallının əsl siması nəhayət ki, ona inananlarda şok effekti yaradan faktlarla açıqlandı. Uzun müddətdir social şəbəkələrdə çoxsaylı məmurlara, deputatlara, hətta Milli Məclisə və digər dövlət qurumlarına qara yaxmaqla məşğul olan saxta jurnalistin oxu bu dəfə daşa dəyib. Respublika prokurorluğundan verilən məlumata görə səsləndirilən fakt üzrə araşdırma aparılır. Görünür ki, vaxtilə böhtan və şantaja görə həbs cəzasına məruz qalmış və daha sonra ölkə prezidentinin humanistliyi nəticəsində cəzasını tam çəkməmiş azadlığa çıxmış Əvəz Zeynallı artıq psevdo-jurnalistikanın residivistinə çevrilib. Əvəz və ətrafında onun yolu ilə gedən digər şantajçılar bizim peşəmizi özlərinə qeyri-qanuni gəlir mənbəyi kimi görürlər. Əsl niyyətlərini pərdələmək üçünsə özlərini tənqidçi media adlandırır, öz çığır-bağırları ilə peşəkar və etik jurnalistikanı arxa plana itələyirlər. Əvvəllər də bu mövzuda yazmışdım, Əvəz Zeynallının və Zaur Qəriboğlunun pul ödənişi müqabilində vaxtilə həbsdə olmuş bir cinayətkarı efirə çıxarıb tarixçi-alim kimi təqdim etməsini də faktlarla göstərmişdim. Yazmışdım ki, müqəddəs hesab etdiyimiz jurnalistika peşəsinə soxulmuş əvəzlər və zaurlar jurnalistikamızın üz qaralarıdır. Maraqlısı budur ki, peşəkar mediaya qarşı belə bir təcavüzün müqabilində bu ixtisası sevə-sevə öyrənib vicdanla yerinə yetirməyə çalışan minlərlə journalist susur, öz yerlərini onlara göstərmir. Qeyri-formal söhbətlərdə onlar Əvəz kimilərinin arxasında guya “böyük güc sahiblərinin” durduğunu və onlardan qorxduqlarını iddia edirlər. Odur ki, media cameəsində əvəzlərin sayı durmadan artır. Bu doğrudanmı belədir? Inanmıram. Lakin bu iddianın da nə qədər real olub-olmadığı tezliklə aydın olacaq. Belə ki, mətbuatda verilən son məlumatlarda bildirilir ki, Respublika prokurorluğu bu faktı araşdırmaq əzmindədir.

Fakt araşdırılarsa və peşəmizi çirkləndirən təhdidçilər və şantajçılar media məkanımızdan təcrid edilərsə milli jurnalistikamızın milli əxlaq prinsipləri üzrə inkişaf edəcəyinə ümid də artar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

 

Sara Quluzadə 

Almaniya


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki