image-photo-2022-03-05-15-00-31backend

Milli maraqların qorunması, YAP-ın fəaliyyəti

image-reklam_sirab_01

YAP Azərbaycanın siyasi sisteminə xalqımızın mənafeyini təcəssüm etdirən güclü siyasi təşkilat kimi daxil olub. Partiya 30 ilə yaxındır ki, qarşısına qoyduğu məqsədlərə (dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin, sosialyönümlü iqtisadiyyatın inkişafı, milli-mənəvi dəyərlərin qorunması və s.) nail olunmasında böyük nailiyyətlər əldə edib. Hazırda 800 min nəfərə yaxın üzvü olan partiya Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin aparılmasında, onun təbliğində yaxından iştirak edir.
YAP Azərbaycanın ağır sosial-iqtisadi, siyasi və mənəvi-psixoloji böhranla üzləşdiyi dövrdə xalqımızın vətənpərvər insanlarının, ziyalıların təşəbbüsü və iştirakı ilə tarixi zərurətdən irəli gələrək yaranmışdır. 1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında partiyanın proqram və nizamnaməsi qəbul olundu.
Partiyanın proqramında müstəqillik, dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət kimi ideoloji prinsiplər müəyyən edildi. Proqramda hüquqi, demokratik, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatının inkişafı, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycanın dünya birliyində özünə layiqli yer tutmasına dair məqsədlər öz əksini tapdı.
Ötən illər ərzində YAP milli maraqlara əsaslanan fəaliyyət göstərməklə ictimai-siyasi proseslərdə mühüm rol oynamış, qarşısına qoyduğu məqsəd və vəzifələri uğurla yerinə yetirmişdir. Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf etməsi və onun dünya birliyində mövqeyinin möhkəmlənməsi YAP-a böyük nüfuz qazandırdı. “Yeni, müstəqil Azərbaycan uğrunda!” çağırışını proqramında irəli sürən YAP məhz Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin həyata keçirilməsində yaxından iştirak etməklə dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsinə böyük töhfələr verdi.
Cəmiyyət daim yeniləşir, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradır. Bütün bunlar da öz növbəsində YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Burada bir məqamı xüsusilə qeyd etməliyik ki, YAP həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir.
YAP-ın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisədir. Xalq da, dövlət də insan kimidir. Yaddaşı ilə yaşayır. Ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin tarixi yaddaşıdır. Müasir Azərbaycanın memarı kimi tarixə yazılan bu qüdrətli şəxsiyyət bu gün bütün dünyada Azərbaycan xalqının Ulu Öndəri olaraq qəbul edilir. Bu böyük şəxsiyyətin, qüdrətli dövlət xadiminin iradəsi, cəsarəti, əyilməzliyi, müdrikliyi ilə müstəqilliyə nail olundu. 20 Yanvar, Xocalı dəhşətlərinə, minlərlə insanın məcburi köçkünə çevriməsinə, torpaqlarımızın işğala məruz qalmasına baxmayaraq, ölkəmiz ayaqda qaldı. Bir xalq, millət, dövlət olaraq imtahanlardan keçdik. Hər bir azərbaycanlının varlığı ilə qürur duyduğu Azərbaycanda Vətənin dircəlişi, tərəqqisi adına nə varsa, ömrünün 50 ilindən çoxunu milli dövlətçilik tariximizə bağışlayan Ulu öndərin adı ilə bağlıdır. Ulu öndərin siyasi hakimiyyətinin Naxçıvan mərhələsi ilə bağlı milli mənlik, milli kimlik tariximizdə atdığı cəsarətli üç addım, üç müqəddəslik hər bir Azərbaycanlı üçün qiymətlidir: Azərbaycan Bayrağının dövlət rəmzi olaraq Naxçıvan Ali Məclisində qaldırılması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi və Yeni Azərbaycan Partiyasının yaradılması. Xalqımızın birliyinə, bütövlüyünə hesablanan bu müdrik qərarlar çoxmillətli məmləkətimizi məhz bir bayraq altında, bir partiya – Yeni Azərbaycan Partiyasının ətrafında birləşdirdi. Bu gün səkkiz yüz minə yaxın vətəndaşımızın Yeni Azərbaycan Partiyası ətrafında Azərbaycan naminə əqidə, məslək birliyinə tapınması, siyasi həmrəyliyə gəlməsi, dünyaya səpələnən 50 milyona yaxın soydaşımızın Azərbaycanı doğma diyarı, Ana Vətəni kimi sevməsi məhz həmin müqəddəs amalla bağlıdır.

Yeni Azərbaycan Partiyasının VII Qurultayı həm ölkəmiz, həm də partiyamız üçün əlamətdar və mühüm ictimai-siyasi hadisədir. Çünki YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən ümumxalq partiyasıdır və ölkə daxilində ictimai-siyasi münasibətlərin inkişafında, həmçinin Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir. Partiyanın VI Qurultayı 3 il əvvəl – 2018-ci ildə keçirilmişdi. O zamandan bu günə qədər bir çox dəyişikliklər baş verib, yeni reallıqlar yaranıb. Ölkəmizdə parlament və prezident seçkiləri keçirilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşdırılıb. Eyni zamanda Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflər və strateji prioritetlər müəyyənləşdirilib, bu istiqamətdə addımlar atılıb, ciddi nailiyyətlər əldə olunub. Ən əsası, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanıb. Nəticədə, Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub. Yəni Azərbaycan artıq yeni reallıqlar yaradıb. Bu baxımdan Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini zamanın tələblərinə və çağırışlarına uyğun formalaşdırmalı idi. Bu həm də Yeni Azərbaycan Partiyasının növbəti qurultayını zəruri edən amillərdən oldu. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarların qəbul edilməsi, partiyanın yeni Nizamnaməsinin təsdiqi, İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının seçilməsi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxılması dediklərimizə əyani sübutdur. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva partiya Sədrinin birinci müavini təyin olundu. Mehriban Əliyevanın partiya Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
Fəaliyyəti humanizm və vətənpərvərlik prinsiplərinə əsaslanan Mehriban Əliyeva ölkəmizin müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına müstəsna töhfələr vermis dövlət xadimidir.

Nəsimi rayon sakini Hüseynli Billurə

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki