image-millibackend

Milli Məclis fotoqrafın vəfatı ilə bağlı başsağlığı verib

image-reklam_sirab_01

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Talıbov Şamil Asim oğlu sentyabrın 25-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə Milli Məclis məlumat yayıb.

Milli Məclisin rəhbərliyi Şamil Talıbovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, Şamil Talıbov Azərbaycan Fotoqraflar Birliyinin üzvü olub. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən öncə bir sıra qurumlarda çalışıb və müxtəlif foto müsabiqələrinin qalibi olub. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi kimi də işi foto ilə bağlı olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki