image-1668583379_dsc_9647_1624631850backend

Milli Məclisdə Fransa müzakirəsi – Deputatlar etiraz etdi

image-reklam_sirab_01

Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul etməsinə münasibət bildirilib.

Vətəninfo.az xəbər verir ki, bəzi deputatlar Fransa ilə münasibətlərə yenidən baxmağı təklif ediblər.

“Dünən Fransa Senatı Azərbaycana qarşı qətnamə qəbul edib. Heç kimə sirr deyil ki, bu kağız parçası Ermənistan lobbisinin məhsuludur. Həmin kağız parçası tövsiyə xarekteri dayışır, əvvəllər də olduğu kimi, qanuni qüvvəsi olmayacaq” – bu sözləri deputat Kamran Bayramov bildirib.

O, Fransanın Cənubi Qafqazda sülh istəmədiyini vurğulayıb:

“Fransanın bu addımları Cənubi Qafqazda sülh istəmədiyini göstərir. Fransanın “demokratiyanın”, “ədalətin” mərkəzi olaraq, belə çıxış etməsi onun nə qədər ikiüzlü olduğunu göstərir. Fransa həm də ATƏT-in Minsk qrupunun üzvü olmasına baxmayaraq, ermənipərəst olduğunu sübut etdi. Belə qəbul olunur ki, Fransa Azərbaycanla dost, tərəfdaş ölkə deyil. Ona görə də Fransa ilə əlaqələrə yenidən baxılmalıdır”.

Deputat Tural Gəncəliyev çıxışında bildirib ki, özünü yeni Napoleon hesab edənlər tarixə diqqətlə baxmalı və demokratik çıxış etməlidir: “Fransanın Azərbaycana qarşı çıxışı beynəlxalq hüquqa ziddir. Onlar bir daha sübut etdilər ki, ermənipərəst mövqedən vaz keçməyəcəklər”.

Deputat Vahid Əhmədov isə Milli Məclisdə Fransa Senatının qətnaməsinə cavab olaraq İşçi Qrupu yaratmağı təklif edib:

“Mən təklif edirəm ki, İşçi Qrupu yaradaraq Milli Məclis adından Fransa Senatına mövqeyimizi bildirməliyik”.

Milli Məclisin sədri Sahibə Qafarova təklif üçün təşəkkür edib və baxılacağını söyləyib.

Qeyd edək ki, ötən gün Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Sənədin lehinə 295, əleyhinə 1 senator səs verib. Qətnamənin müəllifləri Bruno Retaio, Patrick Canneri, Herve Marsey və Elian Asasidir. Sonradan onlara daha iki deputat – Kristian Kambo və Gilbert-Lyuk Devinaz qoşulub. Qətnamədə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklifi yer alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki