image-1ec39396-6e64-4f47-a0da-85021a260d24backend

Milli Məclisin sədri Sahibə Qafarova Daşkənd şəhərində işgüzar səfərdədir

image-reklam_sirab_01

 

 

 

Sentyabrın 7-də Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak etmək üçün Özbəkistanın paytaxtı Daşkənd şəhərinə işgüzar səfərə gəlib.

İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında parlament sədrini Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Özbəkistan Respublikasının rəsmi şəxsləri qarşılayıblar.

Spiker Sahibə Qafarova səfər çərçivəsində Qadın Parlament Sədrlərinin 14-cü Sammitinin tədbirlərinə qatılacaq, sessiyada çıxış edəcək və sammitdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək. Sammitin sonunda tədbirin yekunlarına dair Daşkənd Bəyannaməsi qəbul olunacaq.

İşgüzar səfər sentyabrın 10-da başa çatacaq.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki