image-img-20220709-wa0056backend

Milli Qurama Festivalı çərçivəsində dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası keçirilib

image-reklam_sirab_01

Milli Qurama Festivalı çərçivəsində dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası keçirilib.

Ötən gün Azərbaycanda ilk dəfə olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Milli Qurama Festivalına start verilib.

Milli Qurama Festivalı çərçivəsində keçirilən tədbirlərdən biri yeni istifadəyə verilən və qısa müddətdə paytaxt sakinləri və şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından birinə çevrilən  “Çəmbərəkənd” parkında təşkil edilən dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası olmuşdur.

Bakı Şəhər İcra Hakimiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkil etdiyi bu satış yarmarkasında müxtəlif bölgələri təmsil edən quramaçı sənətkarların əl işlərinin nümayişı və satışı  həyata keçirilib.

İştirakçı və qonaqların böyük marağına səbəb olan bu yarmarkada sənətkarlar qonaqlara öz əl işlərinin hazırlanması prossesini nümayiş etdirib, onların suallarını cavablandırıb,  qədim tikmə növü olan qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiblər.

Qeyd edilib ki, 7 iyul – 7 avqust 2022-ci il tarixlərində Bakının bir neçə məkanında baş tutacaq bu festival zamanı “Azərbaycanda xalq sənətkarlığı – Qurama” elmi-praktik konfransı, autizm sindromlu uşaqlar üçün qurama məhsullarının hazırlanması, ustad dərsləri və art terapiya, uşaq evlərində məskunlaşan, valideyn himayəsindən məhrum uşaqlar arasında “Öz quramanı yarat” adlı oyun  və sair tədbirlər təşkil olunacaqdır.

Festival Azərbaycan muzeylərinin fondlarında saxlanılan qurama nümunələri, sənətkarların əl işlərindən ibarət sərgi, qurama ilə bağlı şer və ya bayatı nümunələrindən ibarət poeziya axşamı və bu sənətə həsr olunmuş kitabın təqdimat mərasimi ilə yekunlaşacaq.

image-img-20220709-wa0059 image-img-20220709-wa0061 image-img-20220709-wa0060 image-img-20220709-wa0062 image-img-20220709-wa0057 image-img-20220709-wa0058 image-img-20220709-wa0056 image-img-20220709-wa0055 image-img-20220709-wa0054 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki