image-reklam-veteninfo
image-dc6f7aee-3ddb-411a-b6ee-efe4a7966e15_850backend

“Millikart”ın rəhbərliyi dəyişib

image-reklam-veteninfo

“Millikart” prosessinq mərkəzi MMC-nin direktoru Elnur Məmmədov vəzifəsini tərk edib.

Veteninfo.az xəbər verir ki, şirkətə rəhbərlik onun texniki məsələlər üzrə müavini Emin Muxtarova həvalə olunub.

Xatırladaq ki, “Millikart”ı 2006-cı ildə Azərbaycan Mərkəzi Bankı yaradaraq sonradan banklara satıb. Hazırda onun təsisçiləri fəaliyyətdə olan “Azərbaycan Sənaye Bankı”, “Bank Respublika”, “Unibank”, “Azər-Türk Bank”, “Rabitəbank”, “Turan Bank”, “Bank of Baku” və “Xalq Bank” ASC-lər, “Access Bank” QSC, ləğv prosesində olan “AtaBank”, “Amrah Bank”, “Dəmir Bank”, “Kredo Bank”, “Texnika Bank” və “Zamin Bank” ASC-lər, “Bank Standard” QSC, eləcə də “Para” ASC bank olmayan kredit təşkilatı (BOKT) və “Urbis Holding İnc.” şirkətidir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki