image-photo-2021-12-23-14-22-02backend

Minsk qrupunun uğursuz fəaliyyəti

image-reklam_sirab_01

Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının(ATƏT) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. 1 yanvar 1995-ci ilədək ATƏM ( Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi) adlanan bu qurum Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatıdır.

ATƏT-in Minsk qrupu 1992-ci il  martın 24-də Ermənistan-Azərbaycan , Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə həlli üçün yaradılmış bir qurum olsa da , bu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi.

Azərbaycan xalqı Minsk qrupu üçlüyünün bu daimi səfərlərindən yorulmuşdu. Minsk qrupunun Azərbaycana səfərləri ildə bir neçə dəfə təsadüf edirdi. Onların fəaliyyətində artıq 2019-cu ildən sonra Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan etməsindən sonra tamamilə köklü surətdə dəyişdi. Çünki Ermənistan “Qarabağ Ermənistandır” deyirsə , artıq müzakirə edəcək bir şey qalmır. Məsələnin digər tərəfi isə Ermənistan tərəfinin bir qədər sonra Qarabağ müstəqildir deməsi heç nəyi dəyişdirmədi. Bu bəyanatın pislənilməli olduğu halda Minsk qrupu buna heç bir reaksiya vermədi. Bu da öz növbəsində Ermənistanın mövqeyini möhkəmləndirməyə və işğalçılıq ənənələrini sonsuz davam etdirməyə daha da cəsarətləndirdi. Nəticədə Ermənistan tərəfi öz hədəfinə nail oldu və təəssüflər olsun ki, Minsk qrupu bu işdə onlara kömək etdi.

Müsahibə zamanı ” Minsk qrupunun fəaliyyəti ilə bağlı fikrim Azərbaycan xalqının fikri ilə eynilik daşıyır. Bu baş vermiş bir uğursuzluq idi. Məsələ hər tərəfli ictimaiyyətə məlumdur , Minsk qrupunun həmsədrləri Ermənistanın işğalına son qoya bilmədilərsə bu onların fəaliyyətinin uğursuz olması deməkdir. Onların 28 il fəaliyyət göstərməsi heç bir nəticə vermədi’ İlham Əliyev bildirib.

Sonradan isə əlbəttə, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Onlar  heç vaxt bunu könüllü imzalamazdılar. Bu yalnız və yalnız məcburiyyət sayəsində baş tutdu, onları məcbur etdik, Minsk qrupu yox!. Bu, reallıqdır.

Biz bütün dünyaya öz gücümüzü göstərdik. Bunu Minsk qrupunun köməyi ilə deyil, Azərbaycan xalqının gücü ,əzmi ,  istər ön  ,istərsə də arxa cəbhə  əsgərlərinin , könüllülərinin dəstəyi ilə buna nail olduq. Bu qələbə bütün dünyaya səs saldı. Yaxşı ki mən də  belə ölkənin bir parçasıyam!

  Mamedova Fəridə

Azərbaycan Dövlət Pedoqoji Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki