image-67backend

Misir səfiri: “Azərbaycan bazarı çox perspektivlidir”

image-reklam_sirab_01

“Turizm sahəsində əməkdaşlığın yaxşılaşdırılması Azərbaycan və Misir arasında münasibətlərin inkişafı baxımından prioritetdir”.

Bunu “Report”a müsahibəsində Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib.

Səfirin fikrincə, bu sektor inkişaf baxımından böyük potensiala malikdir: “Bura gələndə, insanlarla ünsiyyət zamanı məndə belə bir təəssürat yarandı ki, turizmin inkişaf etdirilməsinə real tələb və istək var. Bu səbəbdən, biz bu istiqamətdə addımlar atmaq niyyətindəyik”.

Səfir deyib ki, Azərbaycan Misirə çarter reyslərinə icazə verən kimi bir çox turizm agentlikləri ora turlar təşkil edəcək: “COVID-19 pandemiyası dövründə Misir heç vaxt gələnlərin üzünə bağlanmayıb. Hər gün xeyli sayda viza verilir. Pandemiya dövründə viza alınması prosesini asanlaşdırmaq üçün Misir insanlara hava limanlarından PCR test vermək imkanı yaratmışdı”.

Diplomatın sözlərinə görə, əməkdaşlığın digər vacib sahəsi ticarətdir ki, bunu da aktivləşdirmək üçün birbaşa reyslərin olması vacibdir: “Ticarət baxımından böyük potensial mövcuddur. Hesab edirəm ki, Azərbaycan bazarı çox perspektivlidir. Yaxın aylarda Misir mallarının Azərbaycan bazarına çıxarılması prioritet olacaq. Bu baxımdan, 2022-ci ilin fevral ayına planlaşdırılan Azərbaycan-Misir biznes forumu çox vacib əhəmiyyət kəsb edir”.

Səfir onu da əlavə edib ki, əməkdaşlığın daha bir vacib aspekti hər iki ölkənin yaxşı təcrübəyə malik olduğu bərpa olunan enerji sahəsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki