image-56473d7f-133c-3669-a805-e23f3ad449f7_850backend

Mixael Boris: “Qalatasaray”la matç “Qəbələ” ilə oyun üçün əla sınaq idi”

image-reklam_sirab_01

“Bu qarşılaşma “Qəbələ”yə qarşı UEFA Konfrans Liqasında keçiriləcək matç üçün əla sınaq idi”.

Bunu Macarıstanın “Fehervar” komandasınn baş məşqçisi Mixael Boris Türkiyə “Qalatasaray”ına 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunu ilə bağlı danışarkən deyib.

47 yaşlı mütəxəssis İstanbul təmsilçisi ilə görüşdən çox razı qaldığını bildirib. Boris artıq “Qəbələ” ilə oyuna kökləndiklərini söyləyib: “Beynimdə start heyəti formalaşdırmağa başlamışam. Hətta əvəzedicilərə də çox ehtiyacımız olacaq. Hazırlıq prosesini planlaşdırılandan bir gün əvvəl başa vururuq. Çünki oyunçuların bir az istirahətə ehtiyacı var”.

Qeyd edək ki, “Qəbələ” “Fehervar”a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki