image-11backend

Moderna şirkəti omicron ştammı üçün yeni peyvənd yaratmaq niyyətindədir

image-reklam_sirab_01

Amerikanın Moderna şirkəti omicron kimi SARS-CoV-2 koronavirusunun yeni mutasiyalarından orqanizmi daha yaxşı qoruya bilən güclü peyvənd üzərində işləyir.

Veteninfo.az xəbər verir ki, bu barədə şirkətin dərc etdiyi press-relizdə deyilir.

Yeni peyvənd “mRNA-1273.529” adlandırılacaq.

Peyvəndin son rəqəmi isə omikron ştammının kodlaşdırılması ilə üst-üstə düşür – B.1.1.529. Yeni peyvənd orqanizmi yeni mutasiyalardan daha yaxşı qoruya bilən gücləndirici olacaq.

Qeyd edək ki, Cənubi Afrika Respublikası və Botsvanada yeni növ koronavirusun çoxlu sayda mutasiyaya uğramış “B.1.1.529” adlı yeni variantı aşkar edilib. “Super variant” olaraq xarakterizə edilən növün 32 mutasiyaya sahib olduğu bildirilir. Bundan əlavə, Cənubi Afrikadan Honq-Konqa səfər edən bir nəfərdə yeni variant aşkarlanıb.

Mütəxəssislər tərəfindən COVID-19 peyvəndinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “Omicron” adlandırılan virusun bu növünə qarşı effektivliyi araşdırılır. İlkin araşdırmalara əsasən, “Omicron” daha yüksək yoluxdurma riski daşıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image