image-f76a6071-0ebc-3be4-8049-0b21dfcba66c_850backend

Moldova parlamenti Qavrilitsa hökumətinin istefasını dəstəkləməyib

image-reklam_sirab_01

Moldova parlamenti deputatlarının əksəriyyəti müxalifətdə olan Kommunistlər və Sosialistlər blokunun təşəbbüsü ilə Natalya Qavrilitsa hökumətinə etimadsızlıq səsverməsini dəstəkləməyib.

Cümə axşamı iclasda iştirak edən 75 deputatdan 30-u bunun lehinə səs verib.

“Etimadsızlıq səsverməsi lazımi sayda səs toplamayıb, səsvermə uğursuz olub. Hökumət parlamentin dəstəyindən istifadə edir”, – qanunverici orqanın sədr müavini Mixay Popşoy bildirib.

Hökumətin istefasını istəyən deputatlar hesab edirlər ki, bu kabinet vətəndaşların dəstəyini və legitimliyini itirib. Müxalifət ölkədəki iqtisadi böhran, yüksək inflyasiya və həyat səviyyəsinin aşağı düşməsində Qavrilitsanı günahlandırıb.

Qavrilitsa isə öz növbəsində müxalifəti populizmdə və peşəkarlığın olmamasında ittiham edib. O, bildirib ki, Nazirlər Kabineti Ukraynadakı vəziyyət və enerji böhranı fonunda elan edilən fövqəladə vəziyyətdə işləyir. Natalya Qavrilitsa çıxışına Ukraynada hərbi əməliyyatlarda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmək çağırışı ilə başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki