image-1fd977a3-7258-36ea-8a6e-51585d87a0fd_850backend

Moldova prezidenti parlament müxalifəti ilə dialoqu istisna edib

image-reklam_sirab_01

Moldova Prezidenti Maya Sandu Natalya Qavrilitsa hökumətinin istefasını, həmçinin parlament müxalifəti ilə dialoqu istisna edib, bu partiyaları korrupsiyaya uğramış adlandırıb.

Bu barədə “TASS”a istinadən xəbər verilir.

“Ölkənin xeyrinə işləmək istəyən, korrupsioner klanları təmsil etməyən partiyalarla danışacağıq. Parlament müxalifətində belə partiyalar yoxdur” – deyə, o bildirib.

Bundan əlavə, o qeyd edib ki, prezident və hökuməti formalaşdıran avropayönlü Fəaliyyət və Həmrəylik Partiyası yalnız Rusiyanın Ukraynadakı hərəkətlərini açıq şəkildə pisləyən siyasətçilərlə əməkdaşlıq edəcək.

“Hamı müharibənin əleyhinə olmalıdır, müzakirə olmamalıdır. Hökumətin istefası nəzərdə tutulmayıb, vəziyyətin öhdəsindən gəlir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki