image-387f5de0-21ad-3ae7-ab27-4e08d4d3433a_850backend

Moldova Ukraynanın işğal altındakı ərazilərində keçirilən “referendumları” tanımadığını bəyan edib

image-reklam_sirab_01

Moldova Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində keçirilən “referendumları” tanımır.

Bu barədə Moldova Prezidenti Maya Sandu “Jurnal TV”yə müsahibəsində deyib.

“Biz nə referendumları, nə də onların nəticələrini, əlbəttə ki, tanımırıq. Biz beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ukraynanın ərazi bütövlüyünə hörmət edirik”, – Moldovanın dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, sentyabrın 23-dən 27-dək “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası”, eləcə də Xerson və Zaporojye vilayətlərinin işğal altındakı bölgələrində Rusiyaya birləşmə haqqında qondarma referendumlar keçirilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki