image-cd775453-4766-334f-9806-34360b432c02_850backend

Moldovada fövqəladə vəziyyət daha iki ay uzadılıb

image-reklam_sirab_01

Moldova parlamenti ölkə hökumətinin tələbi ilə keçirdiyi iclasda fövqəladə vəziyyətin daha 60 gün uzadılması barədə qərar qəbul edib.

Ölkənin Baş naziri Natalia Qavrylitsa deyib ki, fövqəladə vəziyyətin uzadılması zərurəti ölkənin sərhəd təhlükəsizliyi üçün davam edən risklər və Ukraynadan qaçqın axını ilə əsaslandırılır.

Onun sözlərinə görə, qonşu respublikadakı vəziyyət fonunda Moldova üçün risklər yüksəkdir, vəziyyət ağırdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki