image-42799db2-7b13-3dd7-ae71-c4f6c03424d4_850backend

Moldovanın keçmiş prezidentinin ev dustaqlığının müddəti uzadılıb

image-reklam_sirab_01

Moldovanın keçmiş prezidenti İqor Dodonun ev dustaqlığının müddəti uzadılıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kişinyov məhkəməsi qərar çıxarıb.

Bildirilir ki, Kişinyov rayon məhkəməsi prokurorların vəsatəti əsasında həbs müddətini daha 30 gün uzadıb.

Dodonun sözlərinə görə, onun müdafiə tərəfi bu qərarı qərəzli hesab etdiyi üçün apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, mayın 24-də Moldovanın keçmiş prezidenti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Dodon korrupsiyada və qanunsuz varlanmada şübhəli bilinir. Siyasətçi günahsız olduğunu deyərək, özünə qarşı irəli sürülən ittihamları rədd edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki