image-49bf076d-3166-3829-8f54-fe3bd2454409_850backend

Monteneqro parlamenti Prezidentin istefası proseduruna başlayıb

image-reklam_sirab_01

Monteneqronun parlament çoxluğu cümə axşamı Prezident Milo Cukanoviçin istefası proseduruna başlamaq təklifini imzalayıb.

Bu barədə respublikanın milli televiziyası RTCG məlumat yayıb.

Bildirilir ki, 80 yerlik parlamentin 41 deputatı parlamentə “prezident tərəfindən konstitusiya pozuntusunu yoxlamaq” tapşırığı verən sənədi imzalayıb, həmçinin Monteneqro liderinin istefası prosedurunu işə salıb.

Sənəddə deyilir ki, “Prezident Cukanoviç bütün parlament partiyalarını gələcək baş Bazirin namizədliyi ilə bağlı məsləhətləşmələrə dəvət etməməklə ölkə konstitusiyasının 95-ci maddəsinin 5-ci bəndini pozub”.

“Təsdiqləyirik ki, Cukanoviç 41 deputatın dəstəyini alan Baş nazir vəzifəsinə namizəd Miodraq Lekiçi danışığa dəvət etməyib. Prezident Milo Cukanoviç bu hərəkətləri ilə şübhəsiz ki, konstitusiyanı pozmuşdur. Bunun əsasında Monteneqro Assambleyasından Prezidentin istefası proseduruna başlamasını xahiş edirik”, – sənəddə bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki