image-b3688edd-f5df-370e-8f00-900a1d7cb3d2_850backend

Monteneqro Rusiya səfirliyinin bütün diplomatik heyətini ərazisindən çıxarıb

image-reklam_sirab_01

Monteneqro Rusiya Federasiyasının bu Balkan respublikasındakı səfirliyinin demək olar ki, bütün diplomatik heyətini ölkədən çıxarıb.

Bu barədə TASS-a Rusiyanın Monteneqrodakı diplomatik nümayəndəliyindən məlumat verilib.

“Biz çıxarılma faktını təsdiq edirik. Demək olar ki, bütün diplomatik heyət ölkədən çıxarılır. Monteneqro hakimiyyətinin Rusiya Federasiyasının ərazisindəki səfirliyinə qarşı düşmənçilik fəaliyyəti ilə əlaqədar konsulluq şöbəsinin işi 30 sentyabr 2022-ci ildən qeyri-müəyyən müddətə dayandırılıb”, – diplomatlar bildiriblər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki