image-931198a2-49ad-342c-a8cf-6cc0b20da3ab_850backend

Monteneqroda koalisiya Lekiçi Baş nazir vəzifəsinə namizəd irəli sürüb

image-reklam_sirab_01

Monteneqroda 2020-ci il avqustun 30-da keçirilmiş seçkilərdə qalib gələn siyasi partiyalar respublikanın yeni Baş naziri vəzifəsinə Miodraq Lekiçin namizədliyini irəli sürüblər.

Bunu “Demokratik cəbhə” koalisiyasının liderlərindən biri Andriya Mandiç koalisiyanın mətbuat konfransında deyib.

“41 deputatın əksəriyyəti Miodraq Lekiçin namizədliyini irəli sürdü. Biz hamımız bu gün (dünən-red) onu dəstəklədik və Monteneqro Prezidentini bu imkandan istifadəmiz barədə xəbərdar etməyə razılaşdıq”, – Mandiç bildirib.

Qeyd edək ki, “Demos” Partiyasına keçmiş diplomat Lekiç rəhbərlik edir. O, parlamentdə Xarici Siyasət və Məskunlaşmalar Komitəsinin rəhbəri vəzifəsində çalışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki