image-ac63e2ae-757d-368c-a10a-2406fa275fb5_850backend

Moskva işğal altındakı ərazilərdəki “referendum” çağırışlarına münasibət bildirib

image-reklam_sirab_01

“Rusiya Federasiyasına yeni ərazilərin daxil olmasından sonra dünyada geosiyasi transformasiya dönməz xarakter alacaq”.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkənin sabiq Prezidenti Dmitri Medvedev teleqramda yazıb.

Onun fikrincə, “referendum”ların keçirilməsi Rusiyanın inkişaf vektorunu tamamilə dəyişəcək: “Rusiya Federasiyasına yeni ərazilərin daxil olmasından sonra dünyada geosiyasi transformasiya dönməz xarakter alacaq. Rusiya ərazisinə müdaxilə bütün özünümüdafiə qüvvələrindən istifadə etməyə imkan verəcək. Konstitusiyaya edilən dəyişikliklərdən sonra Rusiyanın heç bir gələcək lideri hər şeyi geri qaytara bilməyəcək”.

D.Medvedevin qənaətinə görə, Kiyev və Qərb “referendum”lardan qorxur: “Məhz buna görə də onları keçirmək vacibdir”.

Xatırladaq ki, ötən gün “DXR” və “LXR”in “ictimai palataları” ərazilərin Rusiyaya birləşməsi məqsədilə “referendum” keçirməklə bağlı çağırış ediblər. Eyni zamanda bu gün Xersonun işğal administrasiyası analoji “səsvermə”ni keçirəcəyini bəyan edəcəyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki