image-4ed4a56b-a183-381e-ac62-912683eeb308_850backend

Moskvada Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir

image-reklam_sirab_01

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın yeni təyin olunmuş XİN rəhbəri Ararat Mirzoyan arasında görüş keçirilir.

Veteninfo.az-a Rusiya bürosu xəbər verir ki, danışıqların gündəliyindəki mövzular barədə danışan Rusiya XİN rəhbəri təkcə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunmayacağını qeyd edib: “Danışıqlarda beynəlxalq mövzular əhəmiyyətli yer tutacaq. Qarabağ mövzusu da ayrıca bir mövzudur. Burada bir sıra məsələlər var ki, birbaşa 3 ölkə rəhbəri arasında müzakirə olunub. Rusiyanın sülhməramlı kontingentinin müzakirəsi də böyük rol oynayır. Bundan başqa, regionda kommunikasiyaların açılması mövzusu da müzakirə olunacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki