image-cavusoglubackend

Mövlud Çavuşoğlunun Özbəkistana səfəri başlayıb

image-reklam_sirab_01

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Özbəkistana rəsmi səfəri başlayıb.

Bu barədə Türkiyə XİN rəhbəri tvitter səhifəsində yazıb.

Onu ticarət naziri Mehmet Muş və nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu müşayət edirlər.

Çavuşoğlunun səfərinin əsas məqsədi Daşkənddə keçiriləcək Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə iştirak etməkdir.

Üçtərəfli görüş zamanı regional proseslər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.

Nazirlər Xəzər dənizindən keçməklə Orta Dəhliz başda olmaqla, üç ölkə arasında gündəlikdə aktual duran məsələləri koordinasiya etmək və ortaq əməkdaşlıq üçün digər məsələlərin müzakirəsi üçün bir araya gələcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki