image-reklam-veteninfo
image-img_2395backend

Mövzu:Azərbaycan Rusiya və Türkiyə ilə ittifaqı

image-reklam-veteninfo

Həm Türkiyə, həm Rusiya uzun tarixə, xüsusilə də imperiya keçmişinə sahib böyük regional dövlətlərdir. Onların ortasında yerləşən Azərbaycan torpaqları isə tarixən gah bu, gah başqa imperiyanın tərkibində olmuş və yalnız 1918-ci ildə ilk dəfə müstəqil olma şansı ələ keçirmişdir. Bu da çox qısa (2 il) sürmüş, ardından bolşevik Rusiyanın birbaşa təsiri altına düşən Azərbaycan 1991-ci ildə SSRİ-nin dağılması ilə yenidən müstəqil olmuşdur.
Türkiyə regional bir aktordur, öz maraqları, ambisiyaları var. Əgər daha böyük maraqlar daha kiçik maraqları qurban verməyi tələb etsə, Türkiyə də, yəqin ki, bunu edəcək. Eynilə Rusiya kimi. Rusiya da qloballığa iddia edən regional bir aktordur. Onun da öz “yaxın çevrəsi”nə yönəlik müstəsna maraqları var və onları heç nəyə qurban vermək niyyətində deyil. Odur ki, Türkiyə və Rusiya maraqlarının kəsişmə nöqtəsindəki Cənubi Qafqazda yerləşmə kimi coğrafi reallığı, siyasi konyukturu düzgün dəyərləndirmək və xəyallara, duyğulara qapılmadan xarici siyasət yürütməliyik. I Qarabağ müharibəsində məğlub olmağımızın təməl səbəblərindən biri duyğularla idarə olunmaq, Türkiyə və Rusiya ilə münasibətlərimizi balanslaşdırmamaq idi.
Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da ta¬rixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoydu, ədalət bərpa edildi.
43 bənddən ibarət Moskva Bəyannaməsi ilə Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyur. Sənəd Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi kimi, Moskva Bəyannaməsi ilə də hər iki ölkə bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürür. Beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur. Türkiyədən sonra Rusiya ilə də müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi təhlükəsizliyin və sülhün daha etibarlı təmin olunması imkanlarını genişləndirir.
Rusiya Azərbaycanın daxili işlərinə qarışmamaq və ərazi bütövlüyü, sərhəd toxunulmazlığını bir daha təsdiq edir. Ərazi bütövlüyünə xüsusi hörmətlə yanaşdığını ifadə edir. Bəyannamədə münaqişəyə son qoyan üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Tərəflərin üzərinə götürdükləri öhdəliklərin birmənalı şəkildə bundan sonra da sadiq qalacaqlarına və həmin vədlərin yerinə yetiriləcəyinə əminlik ifadə olunur. Beləliklə, Azərbaycanın yaratdığı reallıqlar qəbul, maraqlarımız tam olaraq təmin olunur. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə nəqliyyat kommunikasiyalarının açılması, layihələrin həyata keçirilməsi əsas prinsip olaraq qalır. Müttəfiqlik Bəyannaməsi potensial sülh sazişi zamanı da Azərbaycanın əlini gücləndirir. Beləliklə, Rusiya ilə müttəfiqlik həm də Ermənistana böyük zərbədir. Artıq Ermənistan üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək.

Qeybalıyeva Rəhiməxanım- YAP üzvu




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki