image-sdbackend

MTV-nin efirində yenə dava düşdü — VİDEO

image-reklam_sirab_01
“MTV Azərbaycan”ın efirində növbəti dəfə gərgin anlar yaşanıb.

Vətəninfo.az Olay-a istinadla xəbər verir ki, hadisə “Səhərin səsi” verilişində baş verib. Belə ki, proqramda qonaq olan Kərim Abasovla məşhur mükafatlandırma mərasiminin təşkilatçısı Sinan Şahmar arasında mübahisə yaranıb. Buna səbəb isə Kərimin ödül gecələrini tənqid etməsi olub.

Belə ki, o, “Mükafat alanlar maraqlı deyil, bunun arxasında nə durursa, bilirik. Azərbaycanda var, Türkiyədə müəyyən məsələlər yoxdur? Mənə nəsə mükafat versələr, onun arxası ilə getmərəm. Mənim müfatlarım çoxdur, getməmişəm heç. Menecerim gedib götürüb” fikirləri olub. S. Şahmar isə onunla razılaşmayaraq, bunun belə olmadığını, öz təşkil etdikləri müsabiqədə haqsızlığa yol vermədiklərini söyləyib.

Kərim isə fikirlərinə davam edərək bir çox mükafatın pul qarşılığında verildiyini iddia edib. Tərəflər arasındakı mübahisə daha da gərginləşib. Təşkilatçı müğənniyə efirdən kənar danışmağı məsləhət görüb. Bu zaman verilişdə anonslara keçirilib.

Qeyd edək ki, daha əvvəl də sözügedən proqramda müğənnilər Elvin Mirzəzadə və Sabir Əhmədov arasında dava düşmüş, mübahisə efirdən kənarda əlbəyaxa dava ilə nəticələnmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image