Düzgün seçilmiş ad bəzən insanın taleyini həll edir. Kimisinə uğur, kimisinə isə şanssızlıq gətirir. Kimsə səhnə üçün özünə yeni ad seçsə də, şəxsiyyət vəsiqələrində əsl adları qeyd olunub.
Veteninfo.az lent.az-a istinadən bu gün şou-biznesdə tanınan bir çox məşhurlarımızın əsl adlarını təqdim edir:
Müğənni Damla – Məsumə Məmmədova
Müğənni Ayan Babakişiyeva – Samirə Babakişiyeva
Müğənni Nura Suri – Aynurə Qəzənfərqızı
Stilist Samiraldo – Samir Əliyev
Müğənni Nəfəs – Günel Məmmədli
Müğənni Hiss – Röya
Müğənni Mina Hüseyn – Nərminə
Rəqqasə Renka – Rəna Ağamuradova
Müğənni Dəniz – Aybəniz
Aparıcı Nanə Ağamalıyeva – Nənəxanım Ağamalıyeva
Xalq artisti Azərin – Anaxanım Tağıyeva
Müğənni Xatun – Nərgiz Əliyeva
Əməkdar artist Cavan Zeynallı – Cavanşir Zeynalov
Xalq artisti Röya Ayxan – Röyalə Nəcəfova
Radioaparıcı Çiçək – Şəhla Vakkas
Reper, yazıçı Qaraqan – Elxan Zeynallı
Reper Cin – Ceyhun Zeynalov
Reper Qurd – Fərid Eminov
Müğənni Bagira – Sevda Ömərova
Prodüser Təranə Səmədova – İlk adı Güllü olub
Müğənni Samir Bağırov – Samir Manulin ( Soyadını dəyişib )