image-5a93406e-b97a-3ece-a89e-5153bc12d9d0_850backend

Müharibə Araşdırmaları İnstitutu: “Rusiya Slavyansk və Kramatorska eyni vaxtda hücuma hazırlaşır”

image-reklam_sirab_01

Rusiya işğalçıları Slavyansk və Kramatorska eyni vaxtda paralel hücuma hazırlaşırlar.

Bu barədə Müharibə Araşdırmaları İnstitutunun (MAİ) gündəlik təhlil məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiya qoşunları Barvenkovonun cənubuna artilleriya zərbələri endirib, Nikopol və Novopavlovkanı, həmçinin Slavyanskın şimal-qərbindəki bir neçə yaşayış məntəqəsini atəşə tutub.

MAİ analitiklərinin fikrincə, bu zərbələr işğalçıların şərqdən Barvenkovodan yan keçməyə və ya cənub-şərqdən Slavyanska doğru hərəkət etmək üçün E40 İzyum-Slavyansk magistralına doğru hərəkət etməyə və ya Barvenkovodan Kramatorska doğru birbaşa cənub-şərqə doğru hərəkət etməyə çalışdıqlarını göstərə bilər.

“Rusiya qüvvələri Kramatorska mümkün hücum üçün şərait yarada bilər ki, bu da Slavyanska hücumla paralel gedir”, – ekspertlər proqnozlaşdırıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki