image-img_0668backend

Münaqişə hərbi-siyasi yolla həll edildi

image-reklam_sirab_01

Tarixi faktlara nəzər salsaq, görərik ki, Qarabağ münaqişəsinin kökləri uzun dövrlərə gedib çıxır. Hələ XX əsrin əvvələrində baş qaldıran erməni-daşnak hərəkatı, həmin əsrin sonlarına doğru müharibəyə çevrildi. SSRİ-nin zəifləməsindən istifadə edən erməni silahlıları yavaş-yavaş Azərbaycana qarşı baş qaldırmağa başladılar. Beləliklə, əsrin sonlarına doğru Qarabağ münaqişə ocağına çevrildi.Həmin dövrdə Azərbaycan hərbi-siyasi böhran keçirirdi və bu səbəbdən, Ermənistan tərəfinə işğal üçün münasib şərait yarandı.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə münaqişənin həlli istiqamətində ilk addımlar atıldı və siyasi xətt quruldu. Bu siyasi xətt Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirildi və güclü hərbi baza yaratdı. Prezident İlham Əliyevin uzaqgörən və diplomatik siyasəti ilə 17 il ərzində Azərbaycan iqtisadi, siyasi, hərbi sahədə daha da inkişaf edərək müharibəyə hazır vəziyyətə gəldi. Bu müddət ərzində işğal altındakı torpaqların azad edilməsi yolunda müsbət addımlar atan dövlət başçısı daim beynəlxalq arenalardakı çıxışlarında daim müharibənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu  bildirmişdir. Lakin Ermənistan tərəfi yenə də öz revanşist əməllərindən əl çəkmir və münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətindəki müsbət irəliləyişlərin önünə sədd qoyurdu.

30 il ərzində tərəflər arasında elan edilmiş atəşkəsi dəfələrlə pozaraq Azərbaycan Ordusuna qarşı təxribatlar törədən Ermənitan tərəfi münaqişədə sabitliyin əldə olunmasında ən böyük maneə rolunu oynayırdı.2016-cı ildə baş vermiş “Aprel döyüşləri” göstərdi ki,Azərbaycan ordusu işğal atlındakı torpaqlarını hər an azad etməyə tam hazırdır.Bu xəbərdarlıqlara məhəl qoymayan Ermənistan müxtəlif təxribatlar törədir,işğal altındakı torpaqlarımıza qanunsuz səfərlər təşkil edirdi.Özünü Baş nazir hesab edən N.Paşinyan sərxoş halda Azərbaycan üçün həssas nöqtə sayılan Şuşada yallı getməklə Azərbaycan xalqını təhdir etməsilə 30 il ərzində dolan səbr kasamızın daşmasına gətirib çıxardı.

Ali Baş Komandan kimi Prezident İlham Əliyevin öz xalqına çağırışına cavab olaraq hər bir Azərbaycan oğlu ordu sıralarına qatılmağı özlərinə böyük bir şərəf bildi. 2020-ci il 26-27 sentyabr tarixindən etibarən, Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Başlayan “Vətən müharibəsi” və ya “ Dəmir Yumruq” əməliyyatı ilə Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində işğal altında olan əzəli torpaqlarının azad olunması uğrudan döyüşlərə başladı.

Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı hərbi əməliyyatları dayandırmağa, hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. Əfqanıstan, Ukrayna, Pakistan, Türkiyə və Şimali Kipr Türk Respublikası isə Azərbaycana dəstək olduqlarını bildirmişdir. Xüsusən də, dünyada güclü orduya malik,siyasi sferada  öz sözünü demiş Türkiyənin bəzi Qərb dövlətlərinin təzyiqinə baxmayaraq,Azərbaycana dəstək veməsi müharibənin gedişatına müəyyən müsbət təsir göstərmişdir.

Bu döyüşlərdəAzərbaycan xeyli az itki ilə böyük irəliləyişlər əldə etdi. İlk növbədə bir sıra kəndlər və strateji yüksəkliklər işğaldan azad edildi,bu da Azərbaycan Ordusuna irəli getmək üçün ruh yüksəkliyi verdi. 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Şuşanın işğaldan azad edilməsi düşmənin belini qırdı. Artıq gücü tükənən düşmən noyabrın 10-da döyüşlərin hələ qızğın şəkildə davam etdiyi zamanda kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Müharibə dövrü ərzində xalqın Ali Baş Komandanla həmrəy olması və bir an belə ruhdan düşməməsi Azərbaycan Ordusuna ilham verir və müharibınin gedişatına müsbət təsir göstərirdi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin dəfələrlə xalqı  Azərbaycan Ordusunun tam təmin olduğunu barədə məlumatlandırsa da,xalq ordusundan öz maddi və mənəvi dəstəyini əsirgəmir,hər gün müxtəlif bölgələrdən orduya qida,g eyim, tibbİ ləvazimatlar göndərilirdi.

Salmanov Rüfət İsfəndiyar oğlu

Vətən müharibəsi qazisi, Nəsimi rayon sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki