image-er-ilbackend

Münaqişənin həll olunmamasının səbəbi ikili standartlar və beynəlxalq riyakarlıqdır

image-reklam_sirab_01

Əsrlər boyu Azərbaycanın tarixi torpaqlarına göz dikən erməni millətçiləri fitnəkar siyasət yeridərək “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq üçün tarixi torpaqlarımızı işğal etmiş, xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirmişlər. Tək torpaqlarımıza deyil, milli-mənəvi sərvətlərimizə, musiqimizə, ədəbiyyatımıza, tarixi abidələrimizə göz dikərək, mənimsəmək, özününküləşdirmək istəmişlər. Şükürlər olsun ki, bu gün Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, xalqımızın əzmi və ordumuzun rəşadəti sayəsində düşmən məğlub edilmiş, tarixi ədalət bərpa olunmuşdur. Yəni, Azərbaycan öz gücü hesabına, hərbi-siyasi yolla bu problemi həll etdi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi.

Tariximizə şanlı səhifələrin yazıldığı 44 günlük Vətən Müharibəsinə başladığımız gündən artıq bir il keçir. Sentyabrın 27-si Türkiyənin  Anadolu Agentliyinə müsahibə verən Prezident İlham Əliyev “Bir il əvvələ qayıdarkən, bütün bu prosesləri, bütün bu hadisələri daha da dəqiq təhlil etmək imkanı yaranır. Görünür ki, Ermənistan rəhbərliyi, hakimiyyətə yeni gəlmiş rəhbərlik hansısa hərbi uğurla da öyünmək istəyirdi, hansısa hərbi uğur əldə etmək istəyirdi. Ancaq hesablamaları çox səhv apardılar, çox böyük xəta törətdilər və bunun nəticəsində acı məğlubiyyətə uğradılar” deyə bildirmişdir.

Erməni işğalçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə başladıqları gündən qadın və uşaqları fiziki, mənəvi, psixoloji işgəncələrə, qeyri-insani rəftara, sülh və insanlıq əleyhinə cinayətlərə məruz qoyublar.

Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsini hər vəchlə əngəlləyir, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozur və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu davam etdirməklə, bu əraziləri daim işğalda saxlamaq istəyiblər.
44 günlük İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə, Gəncə, Tərtər və digər rayon və şəhərləri raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozması nəticəsində vətəndaşlarımızın həlak olması düşmənin açıq-aşkar beynəlxalq hüquq normalarını və prinsiplərini heçə sayması deməkdir.

Düşmən illər boyu torpaqlarımızda hərbi hədəflər və əngəllər yaradıb. Məqsəd isə ərazilərin heç bir zaman geri qaytarılmaması, Ermənistan münaqişənin həllini istəməyib olub. Münaqişə ilə bağlı isə beynəlxalq təzyiqlərin yetərli olmaması düşməni daha da həvəsləndirib. Müsahibəsində bu məsələyə də toxunan dövlət başçımız “Beynəlxalq təşkilatların sanksiyaları savaşın qarşısını ala bilərdi. Çünki bu sanksiyalar Ermənistan üçün böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub bizim torpağımızdan çıxacaqdılar. Rəsmi İrəvan 30 il ərzində münaqişənin sülh yolu ilə həll olunmasından yayınırdı” fikirlərini səsləndirmişdir.  Ərazilər azad edildikdən sonra görünən mənzərə odur ki, düşmən münaqişənin həllinin olmaması üçün hər şeyi edib. Onlar nəhəng istehkamlar, müdafiə xətləri tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyiblər.

Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, Azərbaycan dövlətinin və xalqının qarşısında duran əsas məsələ daşı daş üstündə qalmayan, erməni vandalları tərəfindən yerlə yeksan edilən, viran qoyulan kəndlərimizi, qəsəbələrimizi, şəhər və rayonlarımızı yenidən bərpa etmək, onlara yeni həyat verməkdir. Artıq bu quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyevin bəyan etdiyi kimi Qarabağın hər qarışı yenidən dirçəldiləcək, hər daşı yenidən tikiləcək, ora yenidən həyat qayıdacaq.

Aysel Mənsimova

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki