Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadə həyat yoldaşı olan müğənni Aysel Teymurzadə ilə boşandığı barədə məlumat yayılıb.
Vətəninfo.az xəbər verir ki,Demokrat.az-ın əldə etdiyi məlumata görə, Murad Adıgözəlzadə Nəzrin Aslanlı adlı xanımla ailə həyatı qurmağa hazırlaşır.
Nəzrin Aslanlı Azərbaycan Dövlət Filarmoniyasında çalışır. O, tanınan skripka ifaçısıdır.
Məsələ ilə bağlı Nəzrin Aslanl sayta açıqlamasında məlumatı təkzib edib:
“Mən bu barədə məlumatı ilk dəfədir ki, eşidirəm. Murad Adıgözəlzadə sadəcə mənim rəhbərimdir, iddialar doğru deyil”.