image-be4b7d61894978397478fd756ec466e8backend

Mustafa Şentop: “Azərbaycana mübarizəsində hər zaman dəstək vermişik, bundan sonra da dəstəkləyəcəyik”

image-reklam_sirab_01

“Azərbaycanda olmaqdan məmnunluq hissi duyuram. İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı ölkələrimizin inkişafı üçün çox vacibdir”.

Veteninfo.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop söyləyib.

Onun sözlərinə görə, Türkiyə olaraq parlamentlərarası münasibətlərin gücləndirilməsinə böyük önəm verirlər: “Problemlərimizi həll etmək üçün birgə hərəkət etməliyik”.

“Pandemiya həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrə təsir göstərib. Bu təsir hələ də davam edir. Miqrasiya, yoxsulluq təhdidə çevrilib. Ukraynadakı müharibənin təsiri altında ərzaq problemi üzə çıxıb”-M.Şentop qeyd edib.

Daha sonra TBMM sədri Qarabağdan bəhs edib: “Azərbaycan torpaqları işğal olunan zaman bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Amma 1992-ci ildən bəri heç bir təşkilat həll yolunu tapa bilməmişdi. Hətta bu regionda yerləşməyən ölkələr bu problemi həll etmək əvəzinə, onu dərinləşdirməyə çalışırdılar”.

M.Şentop Azərbaycan Prezidenti İlham Əliyevi torpaqları azad etdiyinə görə bir daha təbrik edib:
“Azərbaycana mübarizəsində hər zaman dəstək vermişik, bundan sonra da dəstəkləyəcəyik. Türkiyə Azərbaycanı ona görə dəstəkləyir ki, haqlıdır”.

M.Şentop deyib ki, Ermənistan həm də regional təhlüləsizliyə təhlükə yaradıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki