image-05backend

Müstəqillik hər bir xalqın arzusudur

image-reklam_sirab_01

Hər bir xalqın arzusu onun müstəqil dövlətinin olmasıdır. Azərbaycan xalqı da 1991-ci ildə öz arzusuna çataraq keçən əsrin sonunda yaranmış tarixi şərait nəticəsində  öz dövlət müstəqilliyini bərpa etdi. Azərbaycan Ali Sovetinin növbədənkənar sesiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildi. Dərhal qardaş Türkiyə birinci olmaqla bir sıra dövlətlər Azətbaycanın müstəqilliyini tanıdılar. Azərbaycan BMT-yə üzv qəbul edildi.

Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. 70 il ərzində Azərbaycanın da daxil olduğu Sovetlər birliyinin dağılması, Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti müstəqilliyimizin bərpasına böyük təhlükə törədirdi. Ölkədə inkişafa doğru həyata keçirilən böyuk işlərlə yanaşı mənfur qonşularımızın torpaq iddiaları da ciddi problemlər yaşadırdı. Bunun da ağı nəticəsi olaraq 20 faiz torpaqlarımız işğal edildi, 1 milyina yaxın soydaşımız öz döğma yurd-yuvalarından didərgin düşdülər.

Lakin 30 ilə yaxın həsrət nəhayət ki, 2020-ci ildə sona yetdi. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Zəfər yürüşünün hər günü tariximizi qələbə səhifələri ilə zənginləşdirdi. Bu gün artıq işqaldan  azad edilən ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılıb.

Vətən müharibəsində tarixi Qələbə, ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın dünyada layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri edir. Bu baxımdan 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü adlandırılması ilə bağlı Milli Məclisə təqdim olunan qanun layihəsi ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycanın müstəqillik tarixi 1918-ci ildən başlanır.

Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın müstəqillik tarixində keçdiyi enişli-yoxuşlu yolun sonunda parlayan ölkəmiz üçün möhkəm təməlin yaranmasını ətraflı şəkildə bugünkü və gələcək nəsillərə çatdırdı. 103 illik tarixi vərəqlənən Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olması faktına əsaslanır. Qalib, müstəqil Azərbaycan hər bir azərbaycanlı üçün qürur mənbəyidir.

 

Mirtural Mirsultanov-Politoloq

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki