image-10backend

Naftalanın icra başçısı özünə yeni müavin təyin edib

image-reklam_sirab_01

Naftalan Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

Veteninfo.az-ın məlumatına görə, Naftalan şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov özünə yeni müavin təyin edib.

Belə ki, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə Hüseynova Kəmalə İsfəndiyar qızı təyin olunub.

O, bundan öncə böyük məsləhətçi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi çalışıb.

Qeyd edək ki, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində öncə Afət Cabbarova çalışıb. O, bir neçə ay öncə həmin vəzifədən azad olunub.

Hüseynova Kəmalə / Hüseynova Kəmalə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki