image-1624516890_vezife-1backend

Nahid Bağırovdan yeni qərar

image-reklam_sirab_01

Vətəninfo.az-a İsmayıllı rayon İH-dən daxil olan məlumatda deyilir ki, bu barədə icra başçısı Nahid Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Süleymanov Mahmud Məhəmmədəli oğlu İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib.

O, bundan öncə M.Süleymanov İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Mahmud Süleymanov 1976-cı il tarixində İsmayıllı rayonu, Talıstan kəndində anadan olub. Naxçıvan Universitetinin İnzibati idarəetmə, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisaslarını bitirib.

image-1624516831_1624514695_206009687_184074437062969_3697100128725489904_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki