image-yeni-yolbackend

 Nairi Hokhikyan: Azərbaycan kifayət qədər keyfiyyətli yol çəkib 

image-reklam_sirab_01

“Azərbaycanlılar Laçın dəhlizinin yeni yolunu tamamlayıblar. Hələ kiçik işlərlə məşğul olsalar da, mən şəxsən gedib yoxladım ki, bu yol necədir”.

Vətəninfo.az xəbər verir ki.bunu hazırda Azərbaycanın Rus sülhməramlı qüvvələrinin yerlə.diyi Xankəndi və digər ərazilərdə çəkilişlər edən (Nairi Hokhikyanın qanunsuz olaraq orda nə etdiyi hələ də bəlli deyil) erməni media eksperti  Nairi Hokhikyanın özünün facebook sosial platformasındakı hesabında paylaşıb. Nairi Hokhikyan bildirir ki, Azərbaycan kifayət qədər keyfiyyətli yol çəkib və o  gün ərzində yolun videosunu dərc edəcək.

Nairi Hokhikyanın bildirir ki, Rusiya sülhməramlıları həm yolu, həm də ətraf kəndləri qoruyur.

“Mən ancaq təəssüf edirəm ki, hakimiyyət ictimaiyyətin susqun baxışları altında laçını və Zabuxu həmin yolun müqabilində təhvil verməyə razılaşıb.Mən də təəssüf edirəm ki, Azərbaycan bu müddət ərzində 30 km yol çəkdiyi halda, erməni yolçuları 9 ayda 6 km yol çəkə bilmədilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki