image-img-20220621-wa0038backend

NATO ilə əməkdaşlıq

image-reklam_sirab_01

NATO ilə əməkdaşlıq
NATO-Sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı,4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 30 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir.
Azərbaycan Respublikası ilə NATO arasında əməkdaşlığın təməli 1992-ci ilin mart ayında qoyulub və 1997-ci ildən etibarən, Avro-Atlantik Tərəfdaşlıq Şurası kimi tanınan Şimali Atlantik Əməkdaşlıq Şurasının məşvərət forumuna daxil olması ilə başlayıb. 4 may 1994-cü il tarixində Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulub. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində SNT proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən səmərəli şəkildə istifadə edir. Müdafiə Nazirliyi bu mexanizmlərdən faydalanaraq , strateji sənədlərin işlənib hazırlanması, hərbi təlim və tədris prosesində müasir standartların tətbiqi, Sülhməramlı Qüvvələrin hazırlığı, şəxsi heyətin idarə olunması, dəniz təhlükəsizliyi, maddi-texniki təminat, təcrübələrin öyrənilməsi, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, “sahib ölkə dəstəyi” və hava məkanına nəzarət sahələrində müvafiq islahatlar çərçivəsində fəaliyyətlərini həyata keçirir.
Azərbaycan Respublikası artıq əldə olunmuş nəticələr əsasında NATO ilə siyasi və hərbi əməkdaşlığı keyfiyyətcə yeni səviyyədə qaldırmaq, habelə yeni yaradılmış Avro-Atlantika Tərəfdaşlıq Şurasının və NATO-nun genişləndirilmiş «Sülh naminə tərəfdaşlıq» Proqramı çərçivəsində əməkdaşlıq üçün yaradılmış yeni mexanizmlər və imkanlardan fəal istifadə etmək niyyətindədir. Azərbaycan Respublikası tərəfdaş ölkələrə Brüssel şəhərində NATO-nun qərargah-mənzilində öz diplomatik missiyalarını açmaq hüququ verilməsi barədə Madrid şəhərində 1997-ci il iyulun 8-9-da NATO üzvü olan ölkələrin dövlət və hökumət başçılarının görüşündə qəbul edilmiş qərarı son dərəcə müsbət qarşılayaraq NATO-da öz siyasi və hərbi təmsilçiliyini gücləndirmək üçün yaxın vaxtlarda bu imkandan istifadə edəcəkdir və Brüssel şəhərində NATO-nun qərargah-mənzilində öz diplomatik nümayəndəliyini açacaqdır.
Azərbaycan fərdi tərəfdaşlıq məsələlərini özündə ehtiva edən əsas sənədlərdə əks olunmuş məqsəd və prinsiplərin yerinə yetirilməsi məqsədilə NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal şəkildə istifadə edir. Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsipləri əsas etibarilə Azərbaycanın SNT Təqdimat Sənədi (1996), Planlaşdırma və Analiz Prosesi (1997) və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (2004) öz əksini tapmışdır. Bu sənədlərdə Azərbaycan Respublikası müdafiə və təhlükəsizlik sahəsində islahatlar aparılması, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, enerji təhlükəsizliyinin təmin olunması, fövqəladə hallara hazırlıq, meydana çıxan təhlükəsizlik çağırışları ilə mübarizə, eləcə də ətraf mühit və ictimai diplomatiya sahələrində əməkdaşlıq niyyətini ifadə etmişdir. 1999-cu ildə Azərbaycan Kosovoda olan NATO-nun sülhməramlı əməliyyatlarına dəstək məqsədilə hərbi birlik göndərmişdir. Bu əməliyyatlarda iştirak vasitəsilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri NATO qoşunları ilə ortaq əməliyyatlar keçirilməsi təcrübəsi əldə etmiş, NATO standartları ilə yaxından tanış olmuş və sülhməramlı qoşunlarımızın peşəkarlıq səviyyəsini artırmışdır. Azərbaycanın 2004-cü ildə qoşulduğu Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) ikitərəfli tərəfdaşlığı sistemləşdirməyə imkan verir.
Hal-hazırda NATO-nun təqdim etdiyi təhlükəsizlik sistemləri dünyanın inkişaf etmiş ölkələri tərəfindən tətbiq olunmaqdadır. Bu baxımdan Azərbaycan üçün Alyansla səmərəli əməkdaşlıq transsərhəd, dəniz və kiber sahələrdə təhlükəsizliyin təminatı baxımından faydalıdır. Digər tərəfdən, NATO üçün əhəmiyyətli starateji coğrafi mövqeyə malik, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla tərəfdaşlıq çox önəmlidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, hərbi və iqtisadi imkanları NATO tərəfindən yüksək qiymətləndirilir.

Nəsimi rayon sakini Hüseynli Billurə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki