image-f98fd4c8-d117-311e-9376-61c864bee317_850backend

NATO İraqdakı missiyasını genişləndirə bilər

image-reklam_sirab_01

NATO İraqdakı missiyasını genişləndirə bilər.

Bu barədə alyansın İraqdakı missiyasının rəhbəri Covanni İnucci və İraqın xarici işlər naziri Fuad Hüseyn müzakirələr aparıblar.

Diplomatlar təşkilatın ölkədəki missiyasının yerinə yetirdiyi vəzifələri, o cümlədən təhlükəsizlik qüvvələrinin təlimi, hərbi sahədə dəstəyin təmin edilməsi barədə geniş fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, bu il iyunun sonunda NATO missiyası İraq ordusunun əsgər və zabitlərinin hazırlanmasında metodiki yardımın genişləndirilməsinə yönəlmiş memorandum imzalayıb. Sənədin təfərrüatları hələ ki, məlum deyil.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki