image-8e4d8f80-88f7-377a-acad-683f6fd7f462_850-1backend

NATO və Avropa Komissiyasının rəhbərləri Ukraynaya dəstəyi müzakirə ediblər

image-reklam_sirab_01

Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukraynaya gələcək yardımın müzakirəsini davam etdiriblər.

bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Ursula fon der Lyayenlə yenidən görüşmək xoşdur. Biz Rusiyanın Ukraynaya təcavüzünü müzakirə etdik”, – NATO-nun baş katibi deyib.

Stoltenberq həmçinin bildirib ki, NATO-Aİ əməkdaşlığı təhlükəsizlik və sabitliyə töhfə verir.

“Ona görə də biz hesab edirik ki, tərəfdaşlığımızı inkişaf etdirmək üçün yeni Birgə Bəyannaməni razılaşdırmağın vaxtı çatıb”, – Stoltenberq əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki