image-img-20210516-wa0040backend

Naxçıvan Muxtar Respublikası bütün istiqamətlər üzrə dayanıqlı inkişafa müvəffəq olub.

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 may 2021-ci ildə Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərinin hər biri taleyüklü problemlərin həllinə xidmət edib,regionda maraqlı qüvvələrə xüsusi mesajlar verilib.Naxçıvan Muxtar Respublikası ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir.Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə sürətlə inkişaf edir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər öz nəticəsini verməkdədir. Naxçıvan özünü ərzaq məhsulları ilə təmin edir və Süni Mayalanma mərkəzinin açılması nəticəsində yaxın illərdə Naxçıvanda südçülük sahəsində bütün işlər tamamlanmış olacaq.Naxçıvan Mutar Respublikası sürətlə inkişaf edir. Naxçıvanda çox böyük enerji potensialı yaranmışdır.Naxçıvanın enerji ilə təmin olunması 100 faizə çatıb.Naxçıvan özünün elektrik enerjisinə olan təlabatını tam təmin edir. Bununla yanaşı Naxçıvan Muxtar Respublikasında qazlaşdırmanın səvviyəsidə artıq 100 faizə çatıb.Ordubad şəhərind içməli su və kanalizasiya layihəsidə istifadəyə verilib.Naxçıvan görülən bu işlər çox önəmli və uğurlu addımlardır. Naxçıvanda bütün şəhərlər magistral yollarla bir-birinə bağlanıb.Naxçıvan Muxtar Respublikasında hazırda ASAN xidmət mərkəzlərinin tikintisi davam edir.ölkəmizdə hazırda 7 mərkəz tikilir. Onlar istifadəyə veriləndən sonra ASAN xidmət mərkəzlərinin sayı 27-yə çatacaq. Bu çox uğurlu bir addımdır. İctimai xidmətlər sahəsində çox önəmli təsisatdır.Ölkəmizdə hazırda DOST mərkəzləridə yaradılır. Ölkəmizdə buda sosial təminat həmçinin pensiya təminatı sahəsində uğurlu addımlardır. ASAN və DOST mərkəzləri vətəndaş məmnunluğu göstəricilərinin həmçinin ictimai xidmətlərin səviyyəsinin artırılmasında mühüm rol oynayır.Naxçıvan Muxtar Respublikası həmçinin böyük türizm potensialına malikdir.Yeni uçuş-enmə zolağının açılışı turistlərin Naxçıvana gəlməsini stimullaşdırmalıdır. Naxçıvan Muxtar Respublikasında görülən işlər təqdirəlayiqdir. Naxçıvan Muxtar Respublikası bütün istiqamətlər üzrə dayanıqlı inkişafa nail olmuşdur . Naxçıvanın bugünki inkişafında bu inkişafın təməlini qoymuş dahi şəxsiyyət Heydər Əliyevin mühüm rolu olmuşdur. Ulu Öndər zəkası,siyasi bacarığı nəticəsində Naxçıvanın ermənilər tərəfindən işğal olunmasına imkan verilmədi. Ermenilər istiyirdiki Naxçıvanıda işğal etsin.Belə bir veziyyətdə Naxçıvanı qorumaq düşməni yerində otuzdurmaq ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən biridir .Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyin qorunmasıda çox mühüm məsələdir.Hərbi aerodromun və hərbi hospitalın açılışı Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin olunması işinin təşkilində əlamətdər hadisədir.Naxçıvanın mudafiə potensialıda möhkəmdir.Ordu müasir silah və texnika ilə təchiz edilmişdir.İkinci Qarabağ müharibəsində Naxçıvan ordusunun hərbiçiləri fəal iştirak etmiş,böyük fədakarlıq göstərmişlər.

Qasımov Babək

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki