image-1backend

Naxçıvanın Baş nazirinin müavini vəzifəsindən azad edilib

image-reklam_sirab_01

Bəxtiyar İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.

APA xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Məmmədov Bəxtiyar İbrahim oğlunun 1 sentyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış seçkilərində 41 saylı Ordubad şəhər seçki dairəsindən deputat seçilməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib. Bunu nəzərə alaraq o, tutduğu vəzifədən azad edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image