image-_122595651_kaz_almaty_akimat_2_tassbackend

Nazarbayev hətta Avrasiya İttifaqından çıxacağına dair eyhamlar vurmuşdu…

image-reklam_sirab_01

Qazaxıstana ictimai sektorda fəaliyyətim dövründə bir neçə dəfə səfərim olub. ATƏT-in orada keçirilmiş sessiyalarında da iştirak etmişəm. Oradakı rus icması və qazaxlarla müzakirələrim çox olub. Qazaxıstanın şimalı demək olar ki etnik ruslardan ibarətdir. Şimal hissəsinin mərkəzi Petrapavlovsk şəhəridir. Onun təməli 18-ci əsrdə Rusiya İmperiyası tərəfindən qoyulub. Çox aktivdirlər, təsirləri var. Eyni zamanda Qazaxıstana ürəkdən bağlı vətəndaşlardır. Qazaxıstan hakimiyyəti də onlara olduqca tolerant və ehtiyatlı davranış göstərirdi. Xatırlayırsınızsa, 2014-cü ilin payız aylarında Qazaxıstan və Rusiya arasında soyuq yellər əsdi. Ukrayna ssenarisinin Qazaxıstanda da baş verə biləcəyi ehtimalı olduğunu Qərb mətbuatı iddia edirdi. Belə olacağı təqdirqə N. Nazarbayev hətta Avrasiya İttifaqından çıxacağına dair eyhamlar vurmuşdu. Və həmin ssenari baş tutmadı…Qazax xalqı psixoloji, intellektual səviyyəsinə görə regionun digər xalqlarından fərqlənir. Deyərdim ki, ikinci yeri qırğız xalqı tutur. Bu uzun mövzudur. Orta Asiya regionunun ÜDM-nin 60 faizi də Qazaxıstana məxsusdur. Böyük göstəricidir. Baş verənlər nə qədər faciəvi olsa da, ortada 2 həqiqətin olduğunu görürük: 1. Qazax xalqı dəqiq nə istədiyini bilir və bunu edir. Lakin artıq idarəetmədən çıxıb. 2. Şimal qonşusu situasiyadan irəli gələn bütün şanslardan indi istifadə edir və sonra da edəcək. Sülhməramlıların ölkəyə daxil olması hələ başlanğıcdır.

image-gulsel

 

Gülsel Səfərova

Siyasi analtik


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image