image-15backend

Nazir: “Azərbaycan YUNESKO-nun bütün dünyada inkişafına töhfə verəcək”

image-reklam_sirab_01

“Azərbaycan hər zaman təşkilatın (YUNESKO-red) dəyər və prinsiplərinə sadiqdir və onun missiyasının bütün dünyada inkişafına mütləq töhfə verəcək”.

Veteninfo.az xəbər verir ki, bu fikirlər mədəniyyət naziri Anar Kərimovun tviter hesabında Azərbaycanın YUNESKO-nun İcraiyyə Şurasına üzv seçilməsi münasibətilə təbrikində yer alıb.

Nazir Azərbaycanın YUNESKO-nun İcraiyyə Şurasına üzv seçilməsinə layiq olduğunu vurğulayıb.

Qeyd edək ki, dünən YUNESKO Baş Konfransının davam edən 41-ci sessiyası çərçivəsində YUNESKO İcraiyyə Şurasının 2021-2025-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib. Seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış 3 vakant yerlərdən birinə Azərbaycanın namizədliyi irəli sürülüb. Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan 143 səs toplayaraq Şuraya üzv seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki