image-50backend

Nazir: “Bolqarıstan Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verir”

image-reklam_sirab_01

Bolqarıstan xarici işlər naziri Svetlan Stoyev Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Hüseynovu qəbul edib.

“Report” Bolqarıstan XİN-ə istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasında iqtisadi, nəqliyyat, enerji, həmçinin mədəni əlaqələrin inkişafı məsələləri müzakirə edilib.

“Bolqarıstan Azərbaycanla münasibətlərinə böyük əhəmiyyət verərək bu münasibətlərin daha da inkişaf edəcəyinə ümidvardır. Bolqarıstan Azərbaycanla dostluq və xoş məram ab-havasında davam edən siyasi dialoqu çox yüksək qiymətləndirir” – deyə nazirliyin məlumatında qeyd olunur.

Görüş zamanı hər iki tərəf qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsində, iqtisadi-ticarət əlaqələrinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər. O cümlədən, enerji sahəsindəki əməkdaşlıq üçün geniş imkanlar olduğunu deyən bolqarıstanlı nazirin fikrincə, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan təbii qazın nəqli Bolqarıstana təbii qaz tədarükünün mənbə və yollarının şaxələndirilməsi məsələsində vacib şərtdir.

Bununla yanaşı, Bolqarıstan tərəfi ölkəmizlə nəqliyyat sahəsində də əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. XİN-dən bildiriblər ki, 2017-ci ilin oktyabr ayından açılan Bakı – Tbilisi – Qars dəmir yolu bağlantısı Bolqarıstan və sair Aİ üzv ölkələri üçün iqtisadi və ticari baxımdan yeni imkanlar vəd edir.

Səfir H.Hüseynov da bolqar xalqının Azərbaycanı, ölkəmizin tarixi və mədəniyyətini daha yaxşı tanımasına tərəfdar olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki