image-80backend

Nazir: “Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri faşizmdir”

image-reklam_sirab_01

“Biz böyük qayıdışın başlanğıcındayıq. Böyük Qayıdış da mədəniyyətlə başlayır”.

Veteninfo.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” konfransında çıxışı zamanı deyib.

O bildirib ki, mədəniyyət, mədəni irs xalqların kimliyini, tarixi yaddaşını əks etdirən fenomenlərdir: “Burada söhbət abidələrin fiziki mövcudluğundan yox, mənəvi yükündən gedir. Mədəni irs dəyərlərimizi göstərən əyani sübutdur. Mədəni irs işğal zamanı ermənilər tərəfindən amansızcasına dağıdılıb, məhv edilib, oğurlanıb. Məqsəd bizim oradakı minilliklərlə mövcud olmuş irsimizi dağıtmaq, yer üzündən silmək olub. Bu, mədəni soyqırımıdır, humanitar hüquqa, konvensiyalara zidd hərəkətdir. 30 il ərzində erməni faşistləri Azərbaycan mədəniyyətinin izləri olan mədəni irsi silməklə məşğul olublar. Onlar məscidlərimizdə ev heyvanları, donuzlar saxlayıb, etik normalara zidd olan hərəkət ediblər. Bu, çox davam etmədi. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz Qarabağı düşmən tapdağından azad etdi”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki