image-fb_img_1657296714248backend

Nə vaxta qədər hər yeni gələn, gedənin atasına rəhmət oxutduracaq?

image-reklam_sirab_01

“Yayın, hay-hayı gedib, vay-vayı qalandan sonra nəhayət ki, ADY Bakı-Gəncə-Bakı sürət qatarının boş gedib-gəlməsindən bezib bilet qiymətini 5 man. endirdi. Yani 20 oldu 15 manat. (Amma artıranda 10 manat qaldırmışdılar.

Vətəninfo.az xəbər verir ki, bu açıqlama ilə sabiq millət vəkili Etibar  Hüseynov çıxış edib.

Sabiq deputat bildirib ki,ADY-da bunu da hər yerdə reklam edirlər: ” Bu qəbildən olan elanı oxuyub sonuna çatanda diksindim. Əvvəl elə bildim ki, bu keçən ildən qalma elandı. Çünki xəbərin sonunda deyilirdi ki, bəs ” bilet satışı zamanı 18 yaşdan yuxarı sərnişinlərdən PEYVƏND SERTİFİKATI, ƏKS-GÖSTƏRİŞ SERTİFİKATI VƏ İMMUNİTET SERTİFİKATI tələb olunur” Yani nə az, nə çox düz 3 sertifikat. Və bunu da NK yanında Operativ Qərərgahın tələbi ilə edildiyi bildirilir. Bu nə biabırçılıqdır! Siz bu millətlə məzələnirsinizmi? Nə sertifikat? İndiyə sertifikat qalar? Hamı çoxdan cırıb tullayıb onu. Bir də ki, bu sertifikat dünənə qədər niyə yadınıza düşmürdü, indi 5 manat endirim edən kimi yadınıza düşdü? Nə vaxta qədər hər yeni gələn, gedənin atasına rəhmət oxutduracaq. Sanki içəridən hansısa qara qüvvə hər gün ölkə vətəndaşlarını iqtidardan narazı salmaq üçün bir addım atır.
Bu məmləkətdə nə baş verir anlamıram”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki