image-5061df15-b01e-3138-9f89-06037deb4d49_850backend

“Neftçi”nin baş məşqçisinin şikayəti təmin olunub

image-reklam_sirab_01

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodanla bağlı apellyasiya şikayəti təmin olunub.

İlfov məhkəməsi 47 yaşlı mütəxəssisin aylıq cəmi 2 000 avro aliment ödəməsinə qərar verib. Daha əvvəl bu məbləğ 7 000 avro idi.

Rumıniyalı baş məşqçi 2008 – 2021-ci illərdə Prodanla ailəli olub. Onların bir övladı var.

Qeyd edək ki, Laurentsiu Regekampf “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki