image-cf5bce67-124f-3748-a989-7075577cfd9c_850backend

Nensi Pelosinin əri avtomobili sərxoş sürməkdə təqsirkar bilinərək mühakimə olunub

image-reklam_sirab_01

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin əri – Pol Pelosi sərxoş vəziyyətdə avtomobil idarə etməkdə, nəticədə xəsarətlərlə nəticələnən qəza törətməkdə təqsirli bilinib.

bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Kaliforniyanın Napa dairəsi məhkəməsi Pol Pelosiyə 4 900 dollar təzminat və 1 723 dollar məhkəmə xərcləri ödəməli olması barədə qərar çıxarıb. Həmçinin, Nensi Pelosinin ərinə beş sutka həbs cəzası verilib, lakin o, həbs olunmayacaq – məhkəmə Pola əvvəllər həbsdə keçirdiyi iki günü nəzərə alıb və yaxşı davranışına görə daha iki gün həbsi ləğv edib, qalan müddəti ictimai işlərlə dəyişdirib.

Bundan əlavə, Pol Pelosi üç il sınaq müddətinə məhkum edilib.

Qeyd edək ki, hadisə bir neçə ay əvvəl olub. Belə ki, 82 yaşlı Pol Pelosi mayın 28-də sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanılıb, o, 5 min dollar məbləğində girov müqabilində sərbəst buraxılıb. CNN qeyd edib ki, Nümayəndələr Palatasının spikerinin özünün hadisə ilə heç bir əlaqəsi yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki