image-photo-2022-08-26-12-13-31backend

Nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var

image-reklam_sirab_01

 

Bu gün Azərbaycanın yol-nəqliyyat-logistika infrastrukturu beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib.

Dəniz daşımaları qitələrarası daşımalar zamanı yüklərin çatdırılmasının əsas, bəzi hallarda isə yeganə mümkün üsuludur. Uzaq marşrutlarda dəniz daşımalarının maya dəyərinin aşağı olması, yükün parametrlərinə və tipinə qərəzsiz münasibət daşımaların bu tipinin əsas üstünlükləridir.Mövcud unikal nəqliyyat infrastrukturu dünya bazarlarına daha əlverişli çıxış imkanlarının məhz Xəzər dənizi vasitəsilə təmin olunması imkanları mövcuddur. Ən əsası isə, etibarlı və təhlükəsizlik investisiya mühitinin yaradılması bu istiqamətdə atılacaq vacib addımlardandır. Xəzər dənizinin beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi prosesində Azərbaycanın mühüm rol oynadığı və Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsi üçün ölkəmizin səyləri də Prezident İlham Əliyev tərəfindən diqqətə çatdırıldı. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycanın ərazisindən keçməsi ümumilikdə Xəzər regionunda nəqliyyat-logistika infrastrukturunun inkişafı istiqamətində ölkəmizin əhəmiyyətini ciddi şəkildə artırır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Zəngəzur dəhlizini bir daha xatırladaraq, ölkəmizin atdığı addımların bütövlükdə beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı sahəsindəki roluna və təşəbbüslərinə bir daha diqqəti cəlb etmiş oldu. Azərbaycan Vətən müharibəsində tarixi qələbə qazanaraq, torpaqlarını işğaldan azad etdi. Hazırkı mərhələdə isə, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası istiqamətdə geinişmiqyaslı işlər getməkdədir.

Qarabağın logistika mərkəzi kimi əhəmiyyəti təchizat zəncirində məhsula sərf olunan xərclərin azalmasına, investisiyaların cəlb olunması, yeni iş yerlərinin yaradılması, ixracyönümlü iqtisadiyyatın stimullaşmasına, qlobal bazarların birləşməsinə imkan yaradacaq.

Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına böyük əhəmiyyət verir. Bu sahədə region və dünya üçün əhəmiyyətli olan bir sıra layihələrin reallaşmasında xüsusi rola malik olmuşuq.

Dünyanın ən iri 100 layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Artıq istifadəyə verilən BTQ qitələr arası daşımalar üçün geniş imkanlar açıb. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox ölkələri, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edib. Bu dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin dəstəklədiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolunu İpək Yolu iqtisadi kəmərinin tərkib hissəsi kimi nəzərdən keçirsək, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. İnamla deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar yaradır.

Azərbaycan hava nəqliyyatı infrastrukturunun yaxşılaşdırılması, hava limanlarının ən yüksək səviyyəyə çatdırılması, eləcə də hava məkanından istifadənin liberallaşdırılması istiqamətində ardıcıl işlər görür. Heydər Əliyev Beynəlxalq Aeroportu yükdaşımalarının və yük terminalının buraxılış gücünə görə regionun ən böyük aeroportudur.

İşğaldan azad edilmiş ərazilərdə tikilən hava limanları Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyasından əlavə ölkəmizin hava nəqliyyatı ilə yükdaşımalardakı rolunu da artıracaq. Azad olunmuş ərazilərdə inşa edilən ilk hava limanı – Füzuli Beynəlxalq Aeroportu Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək. Bu hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir.

 

Allahverdiyeva Əfsanə

Nəsimi rayon təhsil işçisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki